Kilian Mbappe "Bavariya" ilə oyunu buraxa bilər

Kilian Mbappe "Bavariya" ilə oyunu buraxa bilər<span class="qirmizi"></span>

PSJ klubunun futbolçusu Kilian Mbappe Fransada Almaniya "Bavariya"sına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununu buraxa bilər.

"Report" "Lequipe" nəşrinə istinadən xəbər verir ki, buna 25 yaşlı hücumçunun Liqa 1-in XXI turunda "Monpelye" ilə matçda zədələnməsi səbəb olub.

21-ci dəqiqədə əvəzlənən forvard dizindən xəsarət alıb.

Qeyd edək ki, PSJ - "Bavariya" qarşılaşması fevralın 14-də baş tutacaq. Mbappe Liqa 1-də 13, Çempionlar Liqasında isə 7 qola imza atıb.

Mənbə: report.az