“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Ərəbistan klubunun heyətində rəsmi oyunlarda ilk qolu vurub.
Publika.az xəbər verir ki, hücumçu “Əl-Fat”la matçın 93-cü dəqiqəsində penaltini dəqiq yerinə yetirib. Portuqaliyalı futbolu topu bir, qapıçını digər küncə göndərib.
Ronaldonun qolu komandasına qələbə qazandırmayıb. Görüş heç-heçə yekunlaşıb – 2:2.
Qeyd edək ki, o, “Əl-Nəsr”in heyətində “Əl-İttifaq”la görüşdə (1:0) debüt edib.