FIFA referisi Fəridə Lütfəliyeva beynəlxalq yoldaşlıq oyununa təyinat alıb.
O, fevralın 28-də Türkiyənin Antalya şəhərində yerləşən “Atatürk” Olimpiya Stadionunda keçiriləcək qadın futbolçulardan ibarət Tükiyə - Rumıniya yoldaşlıq görüşünün baş hakimi olacaq.
Ona Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcək. Dördüncü hakim funksiyasını isə türkiyəli Cansu Tiryaki yerinə yetirəcək.
Mənbə: qafqazinfo.az