“Borussiya” darmadağınla “Bavariya”nı geridə qoydu - VİDEO

“Borussiya” darmadağınla “Bavariya”nı geridə qoydu -<span class="qirmizi"> VİDEO</span>

Almaniya Bundesliqasında XXV turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan “Borussiya” “Köln”lə üz-üzə gəlib. Görüş dortmundluların qələbəsi ilə başa çatıb - 6:1.

Sebastyan Alle və Marko Roysun dubl etdiyi matçda “Borussiya”nın digər qollarını Donyel Malen və Rafael Qerreyru vurub. “Köln”ün təsəlli qoluna Deyvi Selke imza atıb.

Qələbə sayəsində xallarını 53-ə çatdıran “Borussiya” “Bavariya”nı geridə qoyaraq, liderliyi ələ keçirib. Bir oyun az keçirən Münhen klubunun 52 xalı var.

Mənbə: www.oxu.az