Milli komandamızın heyətində ciddi itki baş verib.
Bizim.Media xəbər verir ki, "Konyaspor"un üzvü Mahir Emreli zədələndiyi üçün heyətdən çıxarılıb. O, Avro-2024-ün seçmə mərhələsi çərçivəsində bu ay keçiriləcək Avstriya və İsveçlə oyunlarda iştirak edə bilməyəcək.
Xatırladaq ki, millimiz martın 24-də Avstriya, 3 gün sonra isə İsveç yığması ilə qarşılaşacaq.
Komandamız hər iki oyunu rəqib meydanında keçirəcək.