Avropa çempionatı: Turan Bayramov qızıl medal qazanıb

Avropa çempionatı: <span class="qirmizi">Turan Bayramov qızıl medal qazanıb</span>

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

“Report”un məlumatına görə, 74 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda qalib gəlib.

Bir gün əvvəl bütün rəqiblərini üstələyərək finala adlayan Bayramov həlledici görüşdə moldovalı Vasile Diakondan güclü olub.

Bu, sərbəst güləş üzrə Azərbaycan yığmasının qitə birinciliyində 5-ci medalı olub. Daha əvvəl Maqomed-Başir Xaniyev (70 kq), İslam İlyasov (97 kq) qızıl, Rəşid Babazadə (65 kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, bu gün Fərid Cabbarov (86 kq) təsəlliverici görüşdə Moldova təmsilçisiğ İvan İçizliyə uduzaraq, üçüncülük şansını əldən verib.

Mənbə: report.az