Ançelotti: "Məğlubiyyətə layiq deyildik"

Ançelotti: "Məğlubiyyətə layiq deyildik"<span class="qirmizi"></span>

"Real"ın baş məşqçisi Karlo Ançelotti ötən gecə La Liqanın 26-cı turunda "Barselona"ya uduzduqları matç (1:2) barədə danışıb.

Qol.az xəbər verir ki, o, deyib:

"Matçın sonunda hər şeyi sınadıq, amma konsentrasiyanı itirdik və qol buraxdıq. Çox yaxşı oyun gedirdi. Qarşılaşma sona qədər bərabər və gərgin keçdi. Qələbə qazanacağımıza inanırdıq".

Mütəxəssis 81-ci dəqiqədə futbolçusu Marko Asensionun vurduğu qolun ləğvinə toxunub: “Bizim hələ də həmin qol zamanı ofsayd olduğuna şübhə edirik. 100 faiz əminlik yoxdur. Madridə şübhə ilə gedirik.

Düzünü desəm, məğlubiyyətə layiq deyildik. 2022-ci il dünya çempionatında ofsaydlar çox aydın idi, amma burada hələ də şübhələrim var. DÇ-2022-dən sonra yanvar ayı bizə baha başa gəldi. Amma indi hər şey qaydasındadır. "Real"ın mövsümü yaxşı başa vuracağını düşünürəm .

Qarşılaşmalara yaxşı hazırlıq bizim prioritetimizdir. Bu, mövsümü yaxşı başa vurmağın yeganə yoludur".

Mənbə: qol.az