"Belə bir matçdan sonra VAR haqqında danışmaq gülüncdür" - Xavi

"Belə bir matçdan sonra VAR haqqında danışmaq gülüncdür" - Xavi<span class="qirmizi"></span>

"Barselona"nın baş məşqçisi Xavi La Liqanın 26-cı turunda "Real"a qalib gəldikləri oyundan sonra fikirlərini bildirib.

Press.az "Diario Sport"a istinadən xəbər verir ki,o, möhtəşəm komandaya qarşı var gücləri ilə çıxış etdiklərini qeyd edib: "Mən çox xoşbəxtəm, çünki hamımız çox çalışdıq. Futbolçularımın yaxşı mövsüm keçirmələri haqqında az danışılır. Onlara görə çox sevinirəm, çünki tənqiddən çox əziyyət çəkiblər. Son bir neçə matçda bütün gücünü göstərən möhtəşəm komandaya qarşı matçda var gücümüzü verdik.

"Real" sizin üçün hər şeyi çətinləşdirən komandadır, lakin biz necə oynamaq lazım olduğunu bilirdik. Beş ildir ki, evdə onlara qalib gələ bilmirdik və bu matçda geri düşsək də, düzgün reaksiya verə bildik”, - deyə baş məşqçi bildirib.

Xavi "Real"ın qolunun VAR-a baxıldıqdan sonra ləğv edilməsi ilə bağlı da danışıb: "Belə bir matçdan sonra VAR haqqında danışmaq gülüncdür. Epizodun ofsayd olması aydın şəkildə görünürdü”.

Qeyd edək ki, "Barselona" "Real" matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Mənbə: press.az