Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib

Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib<span class="qirmizi"></span>

Kişi həndbolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.

"Report"un məlumatına görə, XIX turda lider "İdman Akademiyası" "Təhsil"lə qarşılaşıb. Gərgin və maraqlı mübarizə ilə yadda qalan görüş 30:25 hesabı ilə "tələbələr"in xeyrinə nəticələnib.

Turun "U-16" - "Məhsul" görüşü də nominal qonaqların qələbəsi ilə başa çatıb - 44:18. "Dinamo" isə RİOEUGİM komandasını 47:25 hesabı ilə məğlub edib.

XX turun oyunlarında da gözlənilməz nəticələr qeydə alınmayıb. "Təhsil" bu turda da "İdman Akademiyası"na ciddi müqavimət göstərsə də, məğlubiyyətdən qaça bilməyib - 22:26. "Məhsul" "U-16"ya bu dəfə 36:22, "Dinamo" isə RİOEUGİM-ə 48:17 hesabı ilə qalib gəlib.

Aktivində 45 xal olan "İdman Akademiyası" çempionatın vahid lideridir. "Məhsul" 35 xalla ikinci, "Dinamo" 30 xalla üçüncü pillədə qərarlaşıb. 4-cü yerdəki "Təhsil"in 27 xalı var. RİOEUGİM-lə "U-16" komandası hərəyə 3 xalla 5-6-cı yerləri bölüşdürür. "Bakı" isə 1 xalla çempionatın autsayderidir.

 

Mənbə: report.az