"Konyaspor" Mahir Emrelinin son durumunu açıqlayıb

Türkiyə "Konyaspor"u zədə səbəbindən Azərbaycan millisinin heyətindən çıxarılan Mahir Emrelinin son durumunu açıqlayıb.

"Report"un məlumatına görə, 26 yaşlı hücumçunun qasıq nahiyyəsində ağrılarının olduğu bildirilib.

Qeyd olunub ki, təcrübəli forvard bir həftə fizioterapevt nəzarəti altında məşq edəcək.

Xatırladaq ki, Mahir Emreli "Konyaspor"un evdə "Qalatasaray"a 2:1 hesabı ilə qalib gəldiyi Türkiyə Super Liqasının XXVI tur oyununda zədələnib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Kim Çen In: “Şimali Koreya hər an nüvə silahından istifadəyə hazır olmalıdır”

SONRAKI XƏBƏR

Aİ Ukrayna üçün bir milyon artilleriya mərmisi alacaq