İtkin düşən britaniyalı reqbiçinin 14 aydan sonra meyiti tapılıb

İtkin düşən britaniyalı reqbiçinin 14 aydan sonra meyiti tapılıb<span class="qirmizi"></span>

İtkin düşən böyük britaniyalı reqbiçi Brin Harqrivzin 14 aydan sonra meyiti tapılıb.

"Report"un məlumatına görə, bu barədə idmançının böyük qardaşı sosial şəbəkə hesabında paylaşım edib.

O, Harqrivzin ölüm səbəbinin məlum olmadığını yazıb və qardaşının axtarışlarında iştirak edən insanlara təşəkkürünü bildirib.

Qeyd edək ki, Brin Harqrivz Böyük Britaniya Super Liqasında "Uiqan", "Sent-Helens" və "Bredford" kimi komandaların formasını geyinib.

Mənbə: report.az