Holanda göz dəydi

Holanda göz dəydi<span class="qirmizi"></span>

Erlinq Holand zədə səbəbindən Norveç millisinin düşərgəsini tərk edib.

“Mançester Siti”nin hücumçusu “Bernli” ilə İngiltərə Federasiya Kubokunun oyunundan (6:0) sonra qasıq nahiyəsindən ağrılar hiss edib. Bu səbəbdən o, AVRO-2024-ün seçmə mərhələsində İspaniya və Gürcüstanla matçları buraxmalı olacaq.

Olduqca məhsuldar mövsüm keçirən 22 yaşlı forvard bu mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 37 matçda 42 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, son iki oyunda 8 dəfə fərqlənib.

Mənbə: “Mirror”

Mənbə: www.oxu.az