Məşhur idmançı xərçəng xəstəliyinə qalib gəldi - FOTO

Məşhur idmançı xərçəng xəstəliyinə qalib gəldi - FOTO<span class="qirmizi"></span>

Dünyaın keçmiş bir nömrəli raketka ustası, Böyük Dəbilqə yarışlarının 18 qat qalibi olan Martina Navratilova döş və boğaz xərçəngini məğlub edib.

Pirs Morqanla müsahibəsində o, növbəti Milad bayramına sağ çıxa bilməyəcəyindən qorxduğunu, həmçinin xəstəlik üzərində qələbənin həyatında ən çətin iş olduğunu söyləyib.

Məlumata görə, tennisçi daha iki həftə radiasiya terapiyası keçəcək və bundan sonra tam qaydasında olacaq.

Qeyd edək ki, ilk dəfə Navratilovaya 2010-cu ildə döş xərçəngi diaqnozu qoyulub. 2022-ci il dekabrın əvvəlində isə keçmiş tennisçidə boğaz xərçəngi tapılıb.

Mənbə: daily.afisha.ru

Mənbə: www.oxu.az