Ən yaşlı milli komandalar: Azərbaycan yığmasının mövqeyi bəlli olub

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) futbol üzrə milli komandaların yaş ortalaması ilə bağlı araşdırma aparıb.

"Report" CIES-in rəsmi saytına istinadən xəbər verir ki, siyahıda Azərbaycan yığması da yer alıb.

Canni De Byazinin baş məşqçisi olduğu kollektiv 27,62 yaş ortalaması ilə 47-ci pillədə qərarlaşıb. 48-ci sıradakı San Marino (27,62) da eyni göstəriciyə malikdir. Azərbaycan millisi Avropa zonasında isə 17-cidir.

Küveyt (29,76) ən yaşlı, Baham adaları (22,82) ən gənc yığmadır. Avropada müvafiq yerlərdə Belçika (29,40) və Türkiyə (25,07) milliləri yer alıblar.

Araşdırma 126 komandanı əhatə edib. Siyahı son bir ildə meydana çıxan oyunçulara əsasən tərtib olunub.

Report.az

ƏVVƏLKİ XƏBƏR

“Hypersonix” ABŞ Müdafiə Nazirliyi üçün hipersəs PUA yaradacaq

SONRAKI XƏBƏR

Niyaməddin Musayevin mahnısını oxudu, gündəm oldu - VİDEO