"İnter" hücumçusu ilə müqaviləni uzadacaq

"İnter" hücumçusu ilə müqaviləni uzadacaq<span class="qirmizi"></span>

İtaliyanın "İnter" klubu futbolçusu Edin Ceko ilə müqavilənin müddətini uzadacaq.

"Report" "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Milan təmsilçisi 37 yaşlı hücumçu ilə razılığa gəlməyə yaxındır.

Yeni sözləşmə növbəti mövsümün sonunadək nəzərdə tutulacaq.

Qeyd edək ki, Edin Ceko 2021-ci ildən "İnter"də çıxış edir. Onun hazırkı müqaviləsi yayda başa çatacaq.

Mənbə: report.az