"Porşe" Formula 1-ə qoşulmaqdan imtina etdi

 

Məşhur Almaniya avtomobil şirkəti “Porşe” 2026-cı ildə Formula 1 yarışlarına qoşulmaqdan imtina edib.

Bizim.Media xəbər verir ki, şirkət yalnız cari avtoidman layihələri ilə məşğul olmağı fikirləşir.

Hazırda “Porşe” Formula E və “Le Manın 24 saatı” yarışlarına diqqət ayırmaq istəyir. Buna baxmayaraq, Formula 1 Almaniya şirkətinin maraq dairəsində qalmağa davam edir. Sadəcə, yaxın gələcəkdə hansısa komanda ilə anlaşmaq fikrində deyillər.

Xatırladaq ki, ötən il “Porşe” “Red Bull”la danışıqlar aparsa da, sentyabr ayında Avstriya komandası ilə danışıqlar dayandırılmışdı. Nəticədə, “Red Bull” “Ford”la anlaşmışdı.

Daha sonra “Maklaren” variantı ortaya atılmış, amma burada da tərəflər razılığa gələ bilməmişdi.

 

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Türkiyədə zəlzələ bölgəsində 46 mindən çox mənzil tikiləcək

SONRAKI XƏBƏR

Azərbaycanda Ramazan ayı başladı