"Fənərbaxça" "Zenit"lə heç-heçə etdi

"Fənərbaxça" bu gün milli komandaların oyunları ilə əlaqədar fasilədən yararlanaraq Rusiya "Zenit"i ilə xeyriyyə matçı keçirib.

Qol.az xəbər verir ki, Şükrü Saracoğlu adına stadionda oynanılan görüş 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, qarşılaşmanın bilet satışından əldə olunan gəlir Türkiyədə baş verən zəlzələdən zərər çəkənlər üçün göndəriləcək.

Xeyriyyə oyunu

"Fənərbaxça" - "Zenit" - 2:2

Qollar: Yandaş, 7, Aydınlık, 68 - Malkolm, 21-pen; Klaudinyo, 42

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Məşhur yürüşdə Güllü Muradova mahnı oxuyacaq

SONRAKI XƏBƏR

"Kreml təkcə Ukraynaya qarşı deyil, bütün Avropaya qarşı revanşa hazırlaşır"