Mourinyo "Roma" ilə müqaviləni uzatmaq qərarına gəlib

Mourinyo "Roma" ilə müqaviləni uzatmaq qərarına gəlib<span class="qirmizi"></span>

Portuqaliyalı baş məşqçi Joze Mourinyo İtaliyanın "Roma" klubu ilə müqaviləni uzatmaq qərarına gəlib.

"Report" "Corriere dello Sport"a istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis yaxın zamanlarda yeni sözləşmə imzalamağı planlaşdırır.

Mourinyo "canavarlar"ın rəhbərliyindən komandanın inkişafı üçün zəmanət almaq niyyətindədir. O, təcrübəli mərkəz hücumçusu, müdafiəçi və yarımmüdafiəçi alınmasını istəyir.

Qeyd edək ki, Joze Mourinyo 2021-ci ildən paytaxt təmsilçisində işləyir. Onun hazırkı sözləşməsi 2024-cü ilin yayınadək qüvvədədir. Təcrübəli baş məşqçi ötən il "Roma" ilə UEFA Konfrans Liqasının qalibi olub.

Mənbə: report.az