Yunanıstan milli komandasının yeni forması ölkədə qalmaqala səbəb olub - FOTO

Yunanıstan milli komandasının yeni forması ölkədə qalmaqala səbəb olub - FOTO<span class="qirmizi"></span>

“Nike” şirkətinin futbol üzrə Yunanıstan milli komandası üçün hazırladığı yeni forma ölkədə müzakirələrə yol açıb.

Solçu parlament partiyası MERA25-in yaydığı bəyanatda qeyd olunur ki, milli komandanın formasında yer alan svastika faşizmin təbliğinə xidmət edir.

Qeyd edək ki, yeni ağ-mavi rənglərdən ibarət olan forma “Bütün Yunanıstan bir köynəkdə” şüarı ilə təqdim olunub.

Yunanıstan Futbol Federasiyası MERA25-in açıqlamalarına hələlik cavab verməyib.

Mənbə: Vesti.ru

Mənbə: www.oxu.az