Naqelsmann bu klubu çalışdırmağa hazırdır

Naqelsmann bu klubu çalışdırmağa hazırdır<span class="qirmizi"></span>

"Bavariya"dan ayrılan Yulian Naqelsmann "Tottenhem"i çalışdırmağa hazırdır.

Qol.az “Sky Sports”a istinadən xəbər verir ki, alman mütəxəssis London klubu ilə danışıqlara açıqdır. Bununla belə, mütəxəssis yeni vəzifəyə təyin edilməzdən əvvəl qısa bir düşünmə müddəti tələb edə bilər.

"Tottenhem" baş məşqçi Antonio Konteni Naqelsmannla əvəzləmək variantını nəzərdən keçirir.

Qeyd edək ki, "Bavariya" dünən baş məşqçisini istefaya göndərdiyini açıqlayıb. Yeni baş məşqçi vəzifəsinə Tomas Tuhel təyin olunub.

Mənbə: qol.az