Qızlarımız da uduzdu

Qızlarımız da uduzdu<span class="qirmizi"></span>

17 yaşadək qızlardan ibarət Azərbaycan futbol millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirib.

Milli.Az matc.az-a istinadən bildirir ki, yığmamız ikinci oyununu qrup oyunlarına ev sahibliyi edən Bosniya və Herseqovinaya qarşı keçirib.

Bakı vaxtı ilə saat 17:00-da başlayan oyunu Rumıniyadan olan hakim idarə ediblər. Matç meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.

Xatırladaq ki, komandamız ilk turda Qazaxıstana 2:0 hesabıyla qalib gəlmişdi.

AÇ-2023-ün seçmə mərhələsi
B Liqası, 2-ci qrup
25 mart

Bosniya və Herseqovina - Azərbaycan 2:0
Baş hakim: Ana Mariya Alexandra Tertelak (Rumıniya).
Etno Selo Stanişiçi stadionu (Biyelina).

 

Mənbə: news.milli.az