“Qalatasaray” Bakıya gəldi - FOTO/VİDEO

“Qalatasaray” Bakıya gəldi -<span class="qirmizi"> FOTO/VİDEO</span>

Xeyriyyə oyununda “Qarabağ”ın qonağı olacaq Türkiyə “Qalatasaray”ı Bakıya gəlib.

İstanbul təmsilçisini daşıyan təyyarə təqribən bir saat əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Komandanı hava limanında çoxsaylı azarkeşlər qarşılayıblar. Onlar komandanın ulduzları ilə şəkil çəkdirib, müxtəlif şüarlar səsləndiriblər.

Qeyd edək ki, martın 26-da keçiriləcək “Qarabağ” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Mənbə: oxu.az