Şahruddin yenidən ümumi məşqdə - Nə vaxt oynayacaq?

Şahruddin yenidən ümumi məşqdə - Nə vaxt oynayacaq?<span class="qirmizi"></span>

"Qarabağ”ın dünən Bakı Olimpiya Stadionunda “Qalatasaray”la matçla bağlı keçirilən məşqində Şahruddin Məhəmmədəliyev də iştirak edib.

Yanvarda qolu qırılan qapıçı o vaxtan oyunlarda komandasına kömək edə bilmir.

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Qol.az-a bildirib ki, hələlik Şahruddinin qapıçı kimi çalışmasına icazə verilmir: “Topla çalışmalar onun üçün hələ tezdir. Sadəcə, ümumi fiziki hazırlıq baxımdan, formada qalması üçün məşqlərdə tədricən iştirakına icazə verilib. Tam şəkildə məşqlərə başlaması üçün hələ zamanı ehtiyac var. Oyunlara iştirakına gəlincə, ən azı qarşıdakı 20 gün ərzində bu, gözlənilmir”.

Mənbə: qol.az