İspaniya millisi 20 ildir evdə xal itirmir

İspaniya millisi Avropa çempionatlarının seçmə mərhələlərində evdəki qələbə seriyasını 23 matça çatdırıb.

Qol.az xəbər verir ki, komanda Luis de la Fuentenin rəhbərliyi altında debüt oyununda Norveçi böyük hesabla məğlub edib - 3:0.

İspanlar sonuncu dəfə seçmə mərhələdə 2003-cü il iyunun 7-də ev oyununda xal itiriblər. Komanda Yunanıstana 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, İspaniya millisi Avro-2024-ün seçmə mərhələsində martın 28-də Şotlandiya ilə səfərdə qarşılaşacaq.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Aslıdan Mahsuna etiraz

SONRAKI XƏBƏR

Rusiya Belarusu nüvə girovuna çevirdi - Danilov