“Qalatasaray” “Qarabağ”la oyunda qalib gəldi - YENİLƏNİB + VİDEO

Bakıda “Qarabağ” və Türkiyənin “Qalatasaray” komandaları arasında keçirilən yoldaşlıq oyunu başa çatıb. Matçda Türkiyə təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

***

Bakıda “Qarabağ” və Türkiyənin “Qalatasaray” komandaları arasında keçirilən yoldaşlıq oyununda qonaqlar hesabda önə keçiblər. İstanbul klubunun heyətində Mauro İkardi penalti zərbəsindən fərqlənib. 

***

Bakıda “Qarabağ” və Türkiyənin “Qalatasaray” komandaları arasında keçirilən yoldaşlıq oyununda ikinci hissə start götürüb.

***

Bakıda “Qarabağ” və Türkiyənin “Qalatasaray” komandaları arasında keçirilən yoldaşlıq oyununda ilk hissə 1:1 hesabı ilə başa çatıb.

***

"Qarabağ" və "Qalatasaray" arasında hesab bərabərləşdi :1-1

***

"Qalatasaray" erkən dəqiqlərdə hesabı açıb: 0 -1

***

"Qarabağ" və "Qalatasaray" arasında xeyriyyə oyunu başlayıb.

Musavat.com xəbər verir ki, azarkeşlər tərəfindən maraqla gözlənilən matç Bakı Olimpiya Stadionunda keçirilir. 

Oyunun baş hakimi azərbaycanlı FİFA referisi Əliyar Ağayevdir. Bu, iki komanda arasında tarixdə ilk oyundur.

Matçdan əldə olunacaq bütün gəlir Türkiyədə zəlzələdən zərərçəkənlərə ayrılacaq.

Qeyd edək ki, Ağdam təmsilçisi hazırda Azərbaycan Premyer Liqasında, İstanbul klubu isə Türkiyə Superliqasında liderdir.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmrəli, Tural Qurbanov

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Xaçatryan Bakıdakı foto ilə İranı təbrik etdi - FOTO

SONRAKI XƏBƏR

AVRO-2024: Qazaxıstan Danimarkaya, İngiltərə Ukraynaya qalib gəlib