AVRO-2024-ün seçmə mərhələsində II tura start verilib.
"Report"un məlumatına görə, 3 qrupda bu günə nəzərdə tutulan 8 qarşılaşmadan 4-ü artıq başa çatıb.
C qrupunda İngiltərə millisi evdə Ukraynaya qalib gəlib. H qrupunda Qazaxıstan Danimarka ilə görüşdə möhtəşəm geridönüş edərək, 3:2 hesablı qələbə qazanıb. Bu qrupun digər matçında Sloveniya San Marinonu məğlub edib.
J qrupunda isə İslandiya səfərdə Lixtenşteynin qapısından 7 cavabsız top keçirib.
AVRO-2024, seçmə mərhələ
II tur
26 mart
C qrupu
20:00. İngiltərə - Ukrayna - 2:0
Qollar: Harri Keyn, 37. Bukayo Saka, 40
22:45. Malta - İtaliya
Xal durumu: İngiltərə - 6 (2 oyuna), Şimali Makedoniya - 3, Malta - 0, İtaliya - 0, Ukrayna - 0
H qrupu
17:00. Qazaxıstan - Danimarka - 3:2
Qollar: Baxtiyor Zaynutdinov, 73. Asxat Taqıbergen, 86. Abat Aymbetov, 89 - Rasmus Hoylund, 21; 35
Qırmızı vərəqə: Abat Aymbetov, 90+6 (Qazaxıstan)
20:00. Sloveniya - San Marino - 2:0
Qollar: Benyamin Şeşko, 56. Roberto Di Mayo, 60 (avtoqol)
22:45. Şimali İrlandiya - Finlandiya
Xal durumu: Sloveniya - 3 (2 oyuna), Qazaxıstan - 3 (2 oyuna), Şimali İrlandiya - 3, Danimarka - 3 (2 oyuna), Finlandiya - 0, San Marino - 0 (2 oyuna)
J qrupu
20:00. Lixtenşteyn - İslandiya - 0:7
Qollar: David Oulavsson, 3. Arnar Haraldsson, 38. Aron Qunnarsson, 48; 68; 73 (penalti). Andri Qudyonsen, 85. Mikael Ellertsson, 87
22:45. Slovakiya - Bosniya və Herseqovina
22:45. Lüksemburq - Portuqaliya
Xal durumu: Bosniya və Herseqovina - 3, Portuqaliya - 3, İslandiya - 3 (2 oyuna), Slovakiya - 1, Lüksemburq - 1, Lixtenşteyn - 0 (2 oyuna).
Qeyd edək ki, gecənin digər 4 oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Mənbə: report.az