"Qarabağ" və "Qalatasaray" arasında daha bir yoldaşlıq oyunu olacaq

Türkiyə "Qalatasaray"ı ilə "Qarabağ" arasında daha bir yoldaşlıq oyunu olacaq.

Bu barədə "sarı-qırmızılılar"ın prezidenti Dursun Özbek açıqlama verib.

Funksioner növbəti qarşılaşmanın İstanbulda keçiriləcəyini bildirib: "Onları Türkiyədə də dostluq oyunu keçirmək üçün dəvət etdim".

Qeyd edək ki, Bakı Olimpiya Stadionundakı "Qarabağ" - "Qalatasaray" matçı qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Qurban Qurbanov: "Çox istərdim ki, Azərbaycan və Türkiyə liqaları bir olsun, ortaq çempionat keçirilsin"

SONRAKI XƏBƏR

Dağıntılar altından çıxarılan nənəsi VƏFAT ETDİ