Azərbaycan millisinin futbolçusu yubiley oyununa çıxıb

Elvin Cəfərquliyev Azərbaycan millisinin heyətində yubiley oyununa çıxıb.

“Qarabağ”ın müdafiəçisi AVRO-2024-ün seçmə mərhələsinin II turunda İsveçlə səfər oyununda start heyətində yer almaqla buna nail olub.

Stokholmdakı qarşılaşmanın ilk “11-liy”ində yer alan 23 yaşlı sol cinah müdafiəçisi yığmada 10-cu qarşılaşmasına çıxıb.

Qeyd edək ki, 2021-ci ilin martında Azərbaycan millisində debüt edən Elvin Cəfərquliyev ötən ilin noyabrında Şimali Makedoniya (3:1) ilə yoldaşlıq görüşündə qol vurub.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Fransa həmkarlar ittifaqları fransızları ümummilli etirazlara çağırıb

SONRAKI XƏBƏR

Türkiyədə son marafon: Prezidentliyə 4 namizəd...