Azərbaycan şahmatçıları Avropa çempionatında çıxışlarını başa vurublar

Azərbaycan şahmatçıları Avropa çempionatında çıxışlarını başa vurublar<span class="qirmizi"></span>

Monteneqronun Petrovats şəhərində qadın şahmatçılar arasında Avropa çempionatı başa çatıb.

"Report"un məlumatına görə, yarışda Azərbaycanın 14 iti zəka sahibi qüvvəsini sınayıb.

Son gündə yığmanın 12 üzvü mübarizə aparıb. Onlardan yalnız Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Ləman Hacıyeva öz görüşlərini qələbə ilə bitiriblər.

Günay Məmmədzadə, Türkan Məmmədyarova, Nərmin Abdinova və Ayan Allahverdiyevanın heç-heçə etdiyi XI turda Gövhər Beydullayeva, Xəyalə Abdulla, Səbinə İbrahimova, Nazlı Hümbətova və Lalə Hüseynova məğlub olublar.

Xanım Balacayeva və Mələk İsmayıl isə son turda istirahət ediblər.

Qeyd edək ki, yekunda ən yaxşı nəticəyə G. Məmmədova imza atıb. 7 xal toplayan şahmatçı yarışı 21-ci pillədə tamamlayıb.

Mənbə: report.az