"Azərbaycanda inanılmaz dərəcədə böyük maraq gördük" - Dursun Özbek

"Qalatasaray"ın prezidenti Dursun Özbek Bakıda "Qarabağ"la keçirdikləri xeyriyyə oyunundan növbəti dəfə danışıb.

Qol.az "Habertürk"ə istinadən xəbər verir ki, o ölkəmizdə çox yaxşı qarşılandıqlarını vurğulayıb:

"Keçən həftəsonu Azərbaycanda bir dostluq matçı oynadıq. İnanılmaz dərəcədə böyük bir maraq gördük. Buradan bütün azərbaycanlı qardaşlarıma, Prezident İlham Əliyevə, "Qarabağ" rəhbərliyinə salam göndərirəm. Bizi çox yaxşı qarşıladılar. Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsini orada keçirilən oyunda göstərdik".

Qeyd edək ki, martın 26-da keçirilən "Qarabağ" - "Qalatasaray" oyununda İstanbul təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Görüşdən əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlər üçün ayrılacaq.

Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Filippində gəmidə yanğın olub, azı 12 nəfər ölüb

SONRAKI XƏBƏR

“Tesla”və “Apple”ın sahibləri süni intellektlə bağlı ÇAĞIRIŞ ETDİLƏR: “Dayandırın”