"Milan" Jiru ilə yeni müqavilə imzaladı

"Milan" futbolçusu Olivye Jiru ilə yeni müqavilə imzalayıb.

Qol.az "Sky Sport İtalia"ya istinadən xəbər verir ki, 36 yaşlı hücumçu ilə müqavilənin müddəti 2024-cü ilin iyununa qədər uzadılıb. O, ilinə 3,8 milyon avro maaş və bonuslar alacaq.

Qeyd edək ki, fransalı oyunçu bu mövsüm İtaliya A seriyasında 24 matçda 8 qol vurub, 4 qolun ötürməsini verib.

Xatırladaq ki, Jirunun bundan əvvəlki müqaviləsi bu ilin iyununda başa çatırdı.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Xəyanət edən arvadı bağışlayan kişi... - Zaurdan SƏRT SÖZLƏR - FOTO

SONRAKI XƏBƏR

Cənubi Qafqazın ən böyük məscidlərindən biri olan Heydər Məscidindən – FOTOREPORTAJ