Castin Geyci: "Rafael Fiziyev elit səviyyəli döyüşçü deyil"

Castin Geyci: "Rafael Fiziyev elit səviyyəli döyüşçü deyil"<span class="qirmizi"></span>

"Fiziyev və Çendler elit səviyyəli döyüşçülər deyillər".

"Report"un məlumatına görə, bunu ABŞ-ın yüngül çəkidə MMA döyüşçüsü Castin Geyci Azərbaycan təmsilçisi Rafael Fiziyev haqqında danışarkən deyib.

O bildirib ki, idmançının səviyyəsi rinqdə verdiyi qərarlarda görünür: "Dastin Porye, Çarlz Oliveyra, Beneil Dariuş və mən elit döyüşçülərik. Biz üç-dörd raund yüksək templə mübarizə aparıb yorulmaya bilərik. Bəzən sonrakı raundlarda yorğunluq olsa belə, yenə də düzgün qərarlar veririk. Çandler və Fiziyev kimi idmançılar isə hələ də o səviyyədə çıxış edə bilmirlər".

Qeyd edək ki, Rafael Fiziyev İngiltərənin paytaxtı Londonda keçirilmiş "UFC-286" turnirində Castin Geyciyə uduzub.

Mənbə: report.az