Ərəblər onun da “saqqızını” oğurlayıblar

Ərəblər onun da “saqqızını” oğurlayıblar<span class="qirmizi"></span>

"Real” hücumçusu Kərim Benzema Madrid klubundakı gələcəyi ilə bağlı hələ ki, qəti əminliyə sahib deyil.

Publika.az xəbər verir ki, “Todofichajesin” futbolçuya Səudiyyə Ərəbistanından sərfəli təklif gəldiyi haqda məlumat verib. Fransalı hücumçu hesab edir ki, bu, karyerasını bitirmək üçün uyğun təklifdir.

“Real” da öz növbəsində futbolçu ilə yeni müqavilə bağlamağa tələsmir.

35 yaşlı futbolçu bu mövsüm La Liqada 16 oyuna çıxıb, 11 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

Mənbə: publika.az