"Sumqayıt" qalib gəldi - VİDEO

"Sumqayıt" qalib gəldi - VİDEO<span class="qirmizi"></span>

 

Misli Premyer Liqasında 28-ci tura start verilib. "Sumqayıt" FK bu tur səfərdə "Turan Tovuz" ilə qarşılaşıb. Komandamız ilk hissədə hesabda geri düşsə də, oyunun ikinci yarısında nəticəni xeyrinə dəyişməyi bacarıb. Samir Abasovun yetirmələri rəqibi üzərində 3:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Sumqayıt" FK növbəti turda "Neftçi"ni qəbul edəcək. Aprelin 8-də "Kapital Bank Arena"da keçiriləcək qarşılaşmaya saat 20:00-da start veriləcək

 

 

Mənbə: xeberle.com