"Mançester Siti" "Liverpul"a qalib gəlib

"Mançester Siti" "Liverpul"a qalib gəlib<span class="qirmizi"></span>

Futbol üzrə İngiltərə Premyer Liqasında XXIX tura start verilib.

"Report" xəbər verir ki, açılış matçında "Mançester Siti" "Liverpul"u qəbul edib.

"Etihad" stadionundakı qarşılaşma "şəhərlilər"in 4:1 hesablı qələbəsi ilə bitib.

Meydan sahiblərinin qollarını 27-ci dəqiqədə Xulian Alvares, 46-cı dəqiqədə Kevin De Brüyne, 53-cü dəqiqədə İlkay Gündoğan, 74-cü dəqiqədə Cek Qriliş vurub. Qonaqların heyətində 17-ci dəqiqədə Məhəmməd Salah fərqlənib.

Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Mançester Siti" xallarının sayını 64-ə çatdırıb. Mersisayd təmsilçisi hələlik 42 xalla altıncıdır.

Mənbə: report.az