Moskvada amerikalı boksçudan Putinə MÜRACİƏT: Hamı ŞOKDA

Moskvada amerikalı boksçudan Putinə MÜRACİƏT: Hamı ŞOKDA<span class="qirmizi"></span>

ABŞ-ın ağır çəkili peşəkar boksçusu Kevin “Kinqpin” Conson Rusiya prezidenti Vladimir Putinə müraciət edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, boksçunun müraciəti dünən axşam Rusiyanın paytaxtı Moskvada rusiyalı rəqibi Vyaçeslav Datçikə qalib gəldikdən sonra Putinə baş tutub. O, Rusiya vətəndaşlığını almaq istədiyini açıqlayıb. Conson, yarışın sonunda rinqdə ona uzadılan mikrofona balə deyib:

“Mən ömürlük dəyişiklik etməyə həqiqətən hazıram. Prezidentə, hörmətli Vladimir Putinə səslənirəm. Əgər izləyirsinizsə və eşidirsinizsə, mən Kevin Consonam, karyeramı burada tam təsdiqləyərək davam etdirmək istəyirəm. Sizin razılığınızla mən Rusiya pasportu almaq və Rusiyanı öz evim etmək istəyirəm”.

Mənbə: lent.az