"Qarabağ" "Qalatasaray"la oyunda yığılan məbləği Türkiyəyə göndərə bilmir - SƏBƏB

"Qarabağ" "Qalatasaray"la oyunda yığılan məbləği Türkiyəyə göndərə bilmir - SƏBƏB<span class="qirmizi"></span>

Bakıda "Qarabağ" və "Qalatasaray" klubları arasında keçirilən xeyriyyə matçından (1:2) yığılan vəsait hələ də Türkiyəyə göndərilməyib.

Buna səbəb vergi problemidir.

Belə ki, Ağdam klubu həm bilet satışı, həm də reklam gəlirlərindən toplanan məbləğin göndərilməsi üçün hələ ki Dövlət Vergi Xidməti ilə razılıq əldə edə bilmir.

Əgər bu məsələ həllini taparsa, məbləğ Türkiyədə baş verən dəhşətli zəlzələdən zərər çəkən şəxslərə yardım məqsədilə ianə olunacaq.(pressing.az)

Mənbə: news.milli.az