Hokkey üzrə dünya çempionatı Almaniyada keçiriləcək

Hokkey üzrə dünya çempionatı Almaniyada keçiriləcək<span class="qirmizi"></span>

2027-ci ildə hokkey üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkə müəyyənləşib.

"Report" Beynəlxalq Hokkey Federasiyasının (IIHF) rəsmi saytına istinadən xəbər verir ki, yarış Almaniyada baş tutacaq.

Qərar IIHF-in illik Konqresində qəbul olunub. Almaniyadan başqa Qazaxıstan da namizədlər sırasında idi.

Qeyd edək ki, Almaniya sonuncu dəfə 2017-ci ildə Fransa ilə birlikdə turnirə ev sahibliyi edib.

Mənbə: report.az