Bu mövsümün sonunda “Real”dan ayrılacaq

“Real”ın yarımmüdafiəçisi Marko Asensio bu mövsümün sonunda komandanı tərk edəcək.

Qol.az “Relevo”ya istinadən xəbər verir ki, 27 yaşlı oyunçu maaş artımı ilə müqavilənin uzadılması təklifini rədd edib. O, özünü daha önəmli hiss edəcəyi kluba keçmək istəyir.

İspaniyalı futbolçunun hazırkı müqaviləsi bu mövsümün sonunda başa çatır. Bildirilib ki, Asensio karyerasını başqa Avropa çempionatında davam etdirəcək.

Qeyd edək ki, yarımmüdafiəçi 2015-ci ildən "Real”da çıxış edir. Bu mövsüm o, klubun heyətində bütün turnirlərdə 50 oyuna çıxıb, 12 qol vurub və 8 qolun ötürməsini verib.

 

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Britni Spirs illər sonra anası ilə görüşdü

SONRAKI XƏBƏR

Çindən böhran yaradacaq ABŞ simulyasiyası