"Yuventus" avrokuboklardan kənarlaşdırıla bilər

UEFA "Yuventus"u avrokuboklardan kənarlaşdıra bilər.

Qol.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb

Bildirilib ki, UEFA “Yuventus”un hələ də Super Liqa layihəsindən imtina etməsini gözləyir.Bundan başqa, Turin təmsilçisinin yeni rəhbərləri UEFA-nın preizdenti Aleksandr Çeferinlə əlaqə saxlamır.

“Yuventus”un avrokuboklarda taleyinə təsir edə biləcək digər mühüm amil maliyyə saxtakarlığıdır. İtaliyadakı son qərarla "Yuventus" 10 xal silinərək, A Seriyasında 7-ci yerə düşüb.

Klubun Maliyyə Feyr Pley qaydalarına riayət etməsindı problemləri var.

Bütün yuxarıda göstərilən amillərlə əlaqədar olaraq, Çeferin "Yuventus"un yeni rəhbərliyinin passivliyindən təəccüblənirlər. Onlar "Yuventus"un ən azı Superliqadan imtina etməli olduqlarını düşünürlər.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Naxçıvanda yağışlı hava zəncirvari qəzaya səbəb olub - FOTO

SONRAKI XƏBƏR

Ali Məhkəmədə apellyasiya və müvafiq məhkəmə kollegiyalarının sədrləri ilə iclas keçirilib