Dubaydan Bakıya istirahətə gəldi, Zubirlə rastlaşdı - FOTO

Dubaydan Bakıya istirahətə gəldi, Zubirlə rastlaşdı - <span class="qirmizi">FOTO</span>

“Şamaxı”nın sabiq futbolçusu Anatoli Abanq Bakıya səfər edib.

Ötən mövsüm “Keşlə”nin şərəfini qoruyan, hazırda Birləşmiş Ərəb Əmirliklərində legioner həyatı yaşayan Anatoli Abanq istirahət üçün ölkəmizə gəlib.

2 il əvvəl azərbaycanlı qadınla evlənən, bu üzdən xanımı və övladı ilə birgə yolunu tez-tez Bakıdan salan kamerunlu forvard alış-veriş mərkəzlərinin birində Zubirlə rastlaşıb.

Abanq “Qarabağ”ın ulduzunu görüncə, onun şəkil çəkdirib və həmin fotonu “instagram” hesabında paylaşıb.

Ucaboy forvard Abdullah haqda bu sözləri yazıb:

“Səni görmək xoş oldu, qardaş. Sənə qarşıdakı oyunda uğur arzulayıram”.

Mənbə: publika.az