Kevin Medinanın avtomobilinin şüşəsini qırdılar - Foto

Kevin Medinanın avtomobilinin şüşəsini qırdılar - Foto

Ötən gün keçirilən “Neftçi” – “Qarabağ” (0:4) oyunundan sonra qonaqların futbolçusu Kevin Medianın avtomobilinə ziyan vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə müdafiəçi instaqram hesabında paylaşım edib:

“Bu oyundan sonra mənim avtomobilimin fotolarıdır. İnsanların bu vəziyyətdə ehtiyatlı davranması və hörmət etməsi lazımdır. Ailəm də maşında ola bilərdi. Təhlükəli vəziyyətdir. Öz adımdan xahiş edirəm ki, bir daha heç kim üçün belə təhlükəli vəziyyət yaratmayın”.

Mənbə: qafqazinfo.az