"Fənərbağça"nın oyununda beş qol vuruldu

"Fənərbağça"nın oyununda beş qol vuruldu

Türkiyə Superliqasında XXXV turun növbəti oyunu keçirilib.

"Başakşəhər" doğma meydanda çempionluq mübarizəsi aparan "Fənərbağça" ilə qarşılaşıb. Görüş qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Sarı lacivərdlilər"in qollarını Mərt Müldür, Milan Şkrinyar, Yusuf ən-Nəsiri və Oğuz Aydın vurublar. "Başakşəhər"də isə Ömər Bəyaz fərqlənib.

Bu nəticədən sonra xallarını 78-ə çatdıran "Fənərbağça" ikinci pillədə qərarlaşıb. Meydan sahibləri isə 51 xalla beşinci yerdədir.

Mənbə: axar.az