2024-cü ilin ən yaxşıları açıqlandı: Messi əfsanəyə uduzdu

2024-cü ilin ən yaxşıları açıqlandı: Messi əfsanəyə uduzdu

Madriddə "Laureus World Sports Awards 2024" mükafatlandırma mərasimi keçirilib.

Ötən il 4 Böyük Dəbilqə turnirinin hər birində finala yüksələn və onların üçündə qalib gələn serb tennisçi Novak Cokoviç kişilər arasında “İlin idmançısı” kateqoriyasının qalibi olub. O, futbolçular Lionel Messi (Argentina) və Erlinq Haaland (Norveç), "Formula 1" pilotu Maks Ferstappen (Niderland), amerikalı qaçışçı Noa Layls və isveçli dirəklə tullanma üzrə idmançı Armand Duplantislə mübarizədə qalib olub.

Cokoviç karyerası ərzində 5-ci dəfə bu mükafata sahib çıxıb.

Qadınlar arasında "Barselona"nın və İspaniya millisinin futbolçusu Aitana Bonmati ilin ən yaxşı idmançısı seçilib. “İlin sıçrayışı” mükafatının qalibi “Real”ın və İngiltərə yığmasının 20 yaşlı futbolçusu Cud Bellinqem olub. Dünya çempionatının qalibi olan İspaniyanın qadın futbol komandası ilin ən yaxşı komandası seçilib. “İlin geri dönüşü” kateqoriyasını 2023-cü ilin oktyabrında tarixin ən titullu gimnastına çevrilmiş amerikalı Simon Bils qazanıb.

Heybət

Mənbə: publika.az