Mahir Emreli “Dinamo”dan gedəcək

Mahir Emreli “Dinamo”dan gedəcək

Xorvatiya mətbuatı mövsümün sonunda “Dinamo”nu tərk edəcək futbolçularla bağlı yazı dərc edib.

“Qafqazinfo” xəbər verir ki, “Sportske novosti”də Zaqreb klubunu tərk edəcək oyunçular arasında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də adı qeyd olunub:
“Mövsümün sonunda Mahir Emreli, Tibor Haliloviç, Sadeq Moharammi və Boşko Şutalonun başqa komandalara gedə biləcəyi gözlənilir. Təbii ki, əgər onlar üçün adekvat həll yolu tapılarsa, bu baş verəcək. Həmin futbolçuların yerini isə ən yüksək aylıq maaşı təxminən 1600 avro olan gənclər tutacaq”.

Xatırladaq ki, Emrelinin “Dinamo” ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.

Mənbə: qafqazinfo.az