23 ildən sonra “Real”dan getdi

23 ildən sonra “Real”dan getdi

“Real”ın kapitanı Naço klubundan ayrılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Real” Naçoya klubdakı 23 illik karyerasına görə təşəkkür edib.

Hazırda İspaniya millisinin heyətində Avro-2024-də iştirak edən 34 yaşlı müdafiəçi Səudiyyə Ərəbistanının “Əl-Kadsiah” klubuna keçəcəyi də dəqiqləşib.

Qeyd edək ki, 11 yaşından “Real”da olan Naço başqa heç bir klubda çıxış etməyib.

O, 2001-ci ildə əsas komandada debüt edib.

Mənbə: qafqazinfo.az