Azərbaycanlı futbolçu Cəlal Hüseynov Bolqarıstan çempionatında növbəti oyununu keçirib.
Bizim.Media xəbər verir ki, onun komandası “Arda” Konfrans Liqası Qrupunda qələbə qazanıb.
Karcali klubu 35-ci turda evdə “Slaviya” (Sofiya) ilə qarşılaşıb. Oyunu meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Cəlal qarşılaşmanın 70-ci dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, bu qələbədən sonra Hüseynovun komandası 48 xal toplayıb və qrupda lider mövqeyinə yüksəlib.
Mənbə: bizim.media