Cəlal Hüseynovun komandasından qələbə - Video

Cəlal Hüseynovun komandasından qələbə - Video

Bolqarıstan çempionatında 35-ci turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun komandası “Arda” öz meydanında Sofiya “Slaviya”sı ilə qarşılaşıb.

Oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

“Arda” - “Slaviya” - 3:1

Cəlal da bu matçın iştirakçısı olub. O, matça ehtiyat oyunçular skamyasından başlasa da, 70-ci dəqiqədə İvan Tilevin əvəzinə meydana daxil olub.

Mənbə: qafqazinfo.az