Türkiyə Kubokunun finalından öncə azarkeşlər arasında qalmaqal - Video

Türkiyə Kubokunun finalından öncə azarkeşlər arasında qalmaqal - Video

Ötən gün “Beşiktaş”la “Trabzonspor” arasında keçirilən Türkiyə Kubokunun finalından öncə azarkeşlər arasında dava düşüb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Qarşılaşmadan əvvəl yaranan mübahisəyə polis müdaxilə edib.

Bəzi polislərin “Trabzonspor” azarkeşlərinə qarşı sərt müdaxiləsi də aranı qızışdırıb.

Qeyd edək ki, oyun “Beşiktaş”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə İstanbul təmsilçisi Türkiyə Kubokunun sahibi olub.

Sözügedən görüntüləri təqdim edirik:

Mənbə: qafqazinfo.az