Tuncay Şanlı Coşqun Diniyevin baş məşqçisi oldu

Tuncay Şanlı Coşqun Diniyevin baş məşqçisi oldu

Azərbaycan millisinin üzvü Coşqun Diniyevin də formasını geyindiyi “Ümraniyespor”un yeni baş məşqçisi müəyyənləşib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda Türkiyə millisinin sabiq üzvü Tuncay Şanlıya tapşırılıb. 42 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, T.Şanlının son klubu “Sakaryaspor” olub. O, bu il komandadan ayrılıb.

Xatırladaq ki, “Ümraniyespor” Türkiyə 1-ci liqsının 2023-24 mövsümünü 11-ci sırada başa vurub.

Mənbə: qafqazinfo.az